×
A
A
A
Sazlamalar

ARDNF-nin AÇG üzrə I rüb gəlirləri açıqlanıb

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin üç ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 29,2 faiz azalıb.
AZƏRTAC Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından cari ilin əvvəlindən aprelin 1-i tarixinə 1 milyard 447,8 milyon dollar gəlir əldə olunub.
Ötən ilin müvafiq dövründə AÇG yatağından 2 milyard 44 milyon dollar gəlir əldə edilmişdi.

İqtisadiyyat 2024-04-04 13:02:00