Prezident İlham Əliyev: Konqo Respublikası ilə siyasi əlaqələrimiz daha da möhkəmlənəcək
Bakı, 4 aprel, AZƏRTAC
Səfəriniz (Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun – red.) gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşdə söyləyib.
Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamikanın yaranacağına ümid etdiyini bildirən dövlətimizin başçısı deyib: “Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq”.
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib
Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib