×
A
A
A
Sazlamalar

“Həzi Aslanov-Dərnəgül” üzrə hərəkət edən qatar texniki nasazlığa görə xətdən çıxarılıb

Bakı, 4 aprel, AZƏRTAC

“Həzi Aslanov-Dərnəgül” (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər “28 May” stansiyasında düşürülüb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, qatar xətdən çıxarılıb, yenisi ilə əvəzlənib və yaranmış problem qısa müddətdə aradan qaldırılıb.

 

İqtisadiyyat 2024-04-04 11:02:00