×
A
A
A
Sazlamalar

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günlərinin tarixi açıqlanıb

Bakı, 3 aprel, AZƏRTAC

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri açıqlanıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 15 aprel tarixidir. 6 günlük qrafiklə işləyən müəssisələrdə isə bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 12 aprel tarixidir.
Qeyd edək ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq Qərarına əsasən, 2024-cü ilin 12 aprel iş günü ilə müvafiq olaraq 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Elm və təhsil 2024-04-03 18:18:00