İranın Azərbaycan üzərindən tranzit yükdaşımaları 57 faiz artıb
Bakı, 3 aprel, AZƏRTAC
Ötən il (İran ili) İran Azərbaycan ərazisindən tranzit olaraq 2 milyon 307 min ton yük göndərib ki, bu da əvvəlki illə müqayisədə 57 faiz artım deməkdir.
AZƏRTAC İranın Baş Gömrük İdarəsinə istinadla xəbər verir ki, bəhs olunan dövr ərzində Astara gömrük-keçid məntəqəsindən 549 min ton, Biləsuvar gömrük-keçid məntəqəsindən 674 min ton, Culfa gömrük-keçid məntəqəsindən isə 542 min ton tranzit yük daşınıb.
Bundan başqa, qeyd olunan dövrdə İrandan Türkiyəyə Bazarqan gömrük-keçid məntəqəsindən 1 milyon 188 min ton, Sərxs məntəqəsindən isə 723 min ton tranzit yük nəql edilib. Tranzit daşımaların artması İranın qonşu dövlətlər ilə ticarət dövriyyəsinin də artdığını göstərir.
Ötən il İrandan tranzit yükdaşımaları 88 faiz artıb.
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar