Milli Paralimpiya Komitəsinin rəsmisi beynəlxalq təşkilatda yüksək vəzifəyə təyin olunub
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılı yeni vəzifəyə təyin olunub.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, o, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) icraçı direktoru təyin edilib.
R.Hacılının beynəlxalq səviyyədə məsul vəzifəyə təyinatı IBSA-nın İdarə Heyətinin onlayn formatda keçirilən son iclasında reallaşıb.
Qeyd edək ki, IBSA özündə 120 ölkədən çox üzvü birləşdirən görmə məhdudiyyətli şəxslərin ən böyük idman təşkilatıdır. Assosiasiya 10 idman növünün koordinasiyası ilə məşğuldur. Bunlardan üçü paralimpiya üzrə paracüdo, qolbol və futbol idman növləridir.
“Real” və “Atletiko Madrid” görüşü heç-heçə ilə başa çatıb
Bundesliqa: “Borussiya Dortmund” evdə məğlub olub, “Bayer Leverkuzen” isə səfərdə xal itirib
Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar
Türkiyə Superliqası: "Beşiktaş" Sivasdan qələbə ilə qayıdır
Şahmat üzrə Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli olub