Türkiyə Superliqası: “Qalatasaray” doğma meydanda qələbəyə sevinib
Bakı, 3 aprel, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında 31-ci tura start verilib.
AZƏRTAC xəbər verir ki, "Qalatasaray" doğma meydanda “Hatayspor”u 1:0 hesabı ilə məğlub edib. Matçda yeganə qolu Mauro İkardi vurub. Bu qələbədən sonra xalını 84-ə yüksəldən “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. "Cim-bom" əzəli rəqibi “Fənərbağça”nı 5 xal qabaqlayır.
Günün digər oyunlarında isə “Rizəspor” səfərdə “İstanbulspor”un qapısından 4, “Alanyaspor” isə “Qaziantep”in qapısından 3 cavabsız qol keçirib. "Antalyaspor" - "Ankaragücü" matçı qollu heç-heçə ilə yekunlaşıb.
İtaliya A Seriyası: "Yuventus" doğma meydanda "Milan"ı məğlub edib
“Bavariya” Bundesliqanın 18-ci turunda “Volfsburq”u məğlub edib
Premyer Liqa: "Liverpul" çempionluq yolunda vacib qələbə qazanıb
Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub