×
A
A
A
Sazlamalar

Azərbaycan Sankt-Peterburq ilə gəmiqayırma sahəsində birgə istehsala başlaya bilər

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan ilə Sankt-Peterburq şəhəri gəmiqayırma sahəsində əməkdaşlıq edərək birgə istehsal prosesinə başlaya bilərlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Bakıda “Sankt-Peterburq və Azərbaycan: Əməkdaşlıq üfüqlərinin genişləndirilməsi” mövzusunda keçirilən biznes forumdakı çıxışında deyib.
O bildirib ki, gəmiqayırma sahəsində əməkdaşlıq haqqında Rusiya ilə Azərbaycan arasında ötən il saziş imzalanıb.
“Bakıda və Sankt-Peterburq şəhərlərində gəmiqayırma zavodları var ki, bunlarında birgə istehsalı nəticəsində müxtəlif təyinatlı gəmilər istehsal etmək olar. Artıq hər iki ölkənin mütəxəssisləri qarşılıqlı faydalı əməkdaşlıq barəsində müzakirələr aparırlar”, - deyə Ruslan Mirsayapov vurğulayıb.

İqtisadiyyat 2024-04-02 16:53:00