×
A
A
A
Sazlamalar

Bakıda IT HUB Azərbaycan - “Gələcək iş, gələcəyi dəyiş!” əmək və karyera sərgisi keçirilir

Bakı, 2 aprel, AZƏRTAC

Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “StrategEast” şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə 4-cü sənaye inqilabı sahəsində əmək və karyera sərgisini təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir IT HUB Azərbaycan karyera sərgisi “Gələcək iş, gələcəyi dəyiş!” devizi ilə keçirilir.
Tədbirdə aparıcı şirkətlər və dövlət müəssisələri iştirak edirlər.
Sərgi iştirakçılarına texnologiya, rəqəmsal ticarət, proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt, data analitika, bir sözlə İKT və rəqəmsal sektora aid ediləcək vakant iş yerləri, təcrübə proqramları və karyera imkanları barədə məlumat verilib.

 

İqtisadiyyat 2024-04-02 16:51:00