×
A
A
A
Sazlamalar

Azərbaycan millisinin yeni baş məşqçisi qısa müddətdə məlum olacaq

Bakı, 2 aprel, AZƏRTAC

"Bir neçə məşqçi ilə danışıqlar aparılıb".
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf Hesabat-Seçki Konfransından sonra təşkil olunan mətbuat konfransında deyib.
O, baş məşqçi seçiminin qısa müddət ərzində həll olunacağını bildirib: "Əslində məşqçi təyinatı rəsmiləşməliydi. Dediyim kimi, danışıqlar olub. Sadəcə, onların istəyi ilə adları açıqlaya bilmərik".

İdman 2024-04-02 12:58:00