Mart soyqırımı qurbanlarının xatirəsi Gürcüstanda yad edilib
Bakı, 2 aprel, AZƏRTAC
“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”ndə “Gənc Liderlər Akademiyası” çərçivəsində növbəti görüş baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olub.
İlk olaraq tədbir iştirakçıları 31 Mart soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin icraçı direktoru Murad Muradov çıxış edərək 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələrinin törətdiyi soyqırımı haqqında gənclərə məlumat verib.
Görüşün sonunda gənclər Lənkəran və Şamaxı qəzasının müsəlman əhalisinin məruz qaldığı erməni vəhşiliyini, eləcə də mərdlik, dözümlülük və vətən sevgisi motivlərini özündə əks etdirən “Unudulmuş mart” adlı filmi izləyiblər.
Mart soyqırımı qurbanlarının xatirəsi Gürcüstanda yad edilib
“TRT TÜRKÜ” radio kanalında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı proqram yayımlanıb
Misirli jurnalist Azərbaycanlıların Soyqırımı Günü haqqında məqalə yazıb