Misirli jurnalist Azərbaycanlıların Soyqırımı Günü haqqında məqalə yazıb
Bakı, 1 aprel, AZƏRTAC
Misirin tanınınmış jurnalisti Mustafa Yasin “Əl Rəis”, “Əl Cümhuriyə” qəzetlərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü haqqında məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, məqalədə erməni-daşnak quldur dəstələri və bolşeviklərin 1918-ci il martın sonunda Bakıda və Azərbaycanın digər yaşayış məntəqələrində törətdikləri dəhşətli qırğınlardan bəhs olunub.
Müəllif hələ çar Rusiyası dövründə ermənilərin Azərbaycan torpaqlarında, o cümlədən Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarlında məskunlaşdırılması, həmin vaxtdan erməni millətçilərinin Türkiyə, Gürcüstan və Azərbaycan torpaqlarını ələ keçirmək planları qurması, 1905-1907-ci illərdə Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Şamaxı və Qazaxda dinc əhaliyə qarşı qırğınlar törətməsi və 1918-ci ilin martında Azərbaycanın bir çox şəhərlərində ağır cinayətlərə əl atması, 50 mindən çox dinc insanı qətlə yetirməsi barədə tarixi faktlara əsaslanan geniş məlumat verir.
Məqalədə diqqətə çatdırılır ki, ermənilər etnik təmizləmə və soyqırımı siyasətini XX əsrin 80-ci illərinin sonu və 90-cı illərində də davam etdirərək, Xocalı soyqırımı kimi dünyanın ən dəhşətli faciəsini törətmiş, Azərbaycan torpaqlarının 20 faizini işğal etmişlər. Nəhayət, səbir kasası daşan Azərbaycan xalqı işğalçı Ermənistanın 2020-ci ilin iyul-sentyabrında törətdiyi hərbi təxribatlara qarşı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşib, rəşadətli Silahlı Qüvvələr sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən müharibədə azğın düşməni darmadağın edərək torpaqları işğaldan azad edib. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünün təmin edilməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini də yerinə yetirib.
Müəllif, həmçinin müharibədə Qələbə çalan və Xankəndi də daxil olmaqla Qarabağın bütün ərazisində suverenliyinin bərpa edən Azərbaycanın sülhsevər siyasət yürütdüyünü diqqətə çatdırıb.
Mart soyqırımı qurbanlarının xatirəsi Gürcüstanda yad edilib
“TRT TÜRKÜ” radio kanalında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı proqram yayımlanıb
Misirli jurnalist Azərbaycanlıların Soyqırımı Günü haqqında məqalə yazıb