İspaniya La Liqası: “Real Madrid” doğma meydanda qalib gəlib
Bakı, 1 aprel, AZƏRTAC
Futbol üzrə İspaniya La Liqasında 30-cu turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, "Real Madrid" doğma meydanda "Atletik Bilbao" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 8-ci və 73-cü dəqiqələrdə Rodriqo vurub.
Günün digər oyunlarında "Real Sosyedad" "Alaves"ə 1:0, "Jirona" "Real Betis"ə 3:2 hesabı ilə qalib gəlib. "Selta Viqo" - "Rayo Valyekano" görüşündə isə qapılara qol vurulmayıb.
Bu nəticədən sonra "Real Madrid" 75 xalla turnir cədvəlinə başçılıq edir. "Barselona" 67 xalla ikinci, "Jirona" isə 65 xalla üçüncü pillədə qərarlaşıb.
Rumıniya klubunun baş məşqçisi: “Qarabağ”la oyunda bəxtimiz gətirdi
Avropa Liqası: “Fənərbağça” Fransa klubu ilə qolsuz heç-heçə edib
Avropa Liqası: “Qarabağ” doğma meydanda Rumıniya klubuna məğlub olub-YENİLƏNİB-6
Avropa Liqası: “Qarabağ” və FKSB-nin start heyətləri açıqlanıb
Kişi voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub