×
A
A
A
Sazlamalar

Ağdam sakinindən 3 kiloqramdan çox heroin aşkarlanıb

Bərdə, 30 mart, AZƏRTAC

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Ağdam rayon sakini Camal Hüseynovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həmin şəxsdən 3 kiloqramdan artıq heroin aşkarlanıb. C.Hüseynov narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Regionlar 2024-03-30 15:39:00