Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb
Bakı, 29 mart, AZƏRTAC
Almaniya “Bayer”inin baş məşqçisi Xabi Alonso növbəti mövsümdə də Leverkuzen klubunda işləyəcəyini açıqlayıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl adı ölkənin digər təmsilçisi “Bavariya” və İngiltərənin “Liverpul” komandası ilə hallanan 43 yaşlı mütəxəssis hazırkı vəzifəsini tərk etməyəcəyini söyləyib: “Bayer” rəhbərliyi ilə görüşdüm və onlara klubda qalacağımı bildirdim. Gələcəyim barədə düşünməyə fasilə verdim. Bunu futbolçulara da çatdırdım. Bura mənim üçün ən yaxşı yerdir. “Bayer”dəki işim bitməyib. Mən kluba, futbolçuların inkişafına kömək etmək istəyirəm. İdarəetmə digər hər şey kimi əladır. Mən hələ də gənc məşqçiyəm və düşünürəm ki, bu, mənim üçün ən yaxşı qərardır”.
Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabrından “Bayer”ə rəhbərlik edir. Komanda hazırda Bundesliqada 70 xalla turnir cədvəlinə başçılıq edir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir