×
A
A
A
Sazlamalar

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Bakı, 29 mart, AZƏRTAC

Çin millisinin və İngiltərənin “Everton” komandasının sabiq futbolçusu Li Ti həbs oluna bilər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, buna 47 yaşlı mütəxəssisin rüşvət almaqda təqsirli bilinməsi səbəb olub.
Keçmiş yarımmüdafiəçinin Çin millisinə pul qarşılığında futbolçu çağırması, danışılmış oyunlarda iştirakı, oyunçuların qanunsuz transferlərinin təşkilinə kömək etməsi, eləcə də yığma komandanın baş məşqçisi vəzifəsinə gəlmək üçün rüşvət verməsi sübut olunub.
O, ümumilikdə 10 milyon dollardan çox rüşvət almaqda ittiham edilir.
Məkhəmədə ifadə verən Li Ti etdiyi əməllərə görə peşman olduğunu söyləyib. Onun ömürlük həbs olunacağı gözlənilir
Qeyd edək ki, Li Ti “Everton”la yanaşı, İngiltərənin digər təmsilçisi “Şeffild Yunayted”də də çıxış edib.

İdman 2024-03-29 16:52:00