×
A
A
A
Sazlamalar

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Bakı, 29 mart, AZƏRTAC

Argentina millisinin və Portuqaliyanın “Benfika” komandasının futbolçusu Anxel Di Mariyanı təhdid edən üç şəxs saxlanılıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvvəl 37 yaşlı yarımmüdafiəçinin yaşadığı mənzilin önünə məktub qoyulub. Cinayətkarlar oyunçunu Rosario şəhərinə dönəcəyi təqdirdə, ailə üzvlərini öldürəcəkləri ilə hədələyiblər.
Argentina polisi hər üç şəxsi saxlayıb. Onların arasında narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən şəxs də var.
Hazırda polis Anxel Di Mariya və ailəsinin hansı səbəbdən təhdid edildiyini araşdırır.

 

İdman 2024-03-29 15:22:00