“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək
Bakı, 28 mart, AZƏRTAC
“Web of Science” elmmetrik bazasında yerli elmi jurnalların indekslənməsi və onların beynəlxalq nüfuzunun yüksəldilməsi məqsədilə təlim keçiriləcək.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlim aprelin 3-də agentliyin təşkilatçılığı ilə İnformasiya Texnologiyaları İnstitutunda “Clarivate” şirkətinin nümayəndəsi Inesh Kenzhina tərəfindən keçiriləcək. Təlim seçilmiş jurnalların əməkdaşları üçün təşkil olunur. Təlimin mövzuları jurnalların “Web of Science” bazasına seçilməsi üçün meyarlar və beynəlxalq səviyyədə tanınan uğurlu elmi jurnalların sayının artırılması üçün əsas vasitələrdir.
Təlimdə onlayn iştirak da mümkündür. Bu məqsədlə keçiddən (Zoom) istifadə edə bilərsiniz.
Rus dilində keçiriləcək təlim saat 10:00-dan 13:00-dək davam edəcək.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır