Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
Bakı, 28 mart, AZƏRTAC
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlərə başlayıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Orta ixtisas təhsil müəssisələri ilə iş sektorunun müdiri Səbinə Ənvərli və Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə monitorinq keçiriblər.
Monitorinq zamanı agentliyin nümayəndələri tələbələrlə görüşüb və kollecin maddi-texniki bazası ilə tanış olublar. Həmçinin müəssisədə tədrisin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq təşkili yoxlanılıb.
Orta ixtisas təhsili müəssisələrində monitorinqlərin keçirilməsində əsas məqsəd müəssisələrdə tədrisin təşkilini izləmək, problem və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır