"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib
Bakı, 28 mart, AZƏRTAC
Təhsilin İnkişafı Fondunun Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə icra etdiyi "IELTS imtahanına təşviq" layihəsi çərçivəsində artıq 300 nəfər imtahanda iştirak edərək uğur qazanıb.
Bu barədə AZƏRTAC-a Təhsilin İnkişafı Fondundan bildirilib. Qeyd olunub ki, layihədə iştirak edən akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri fond tərəfindən qarşılanır. Layihə iştirakçılarından 27 nəfəri elmi-pedaqoji heyət üzvü, 273 nəfəri tələbədir.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır