×
A
A
A
Sazlamalar

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycan Premyer Liqasının XXVIII turun 4 oyununa hakim təyinatları açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, açılış matçını Cavid Cəlilov idarə edəcək.
Martın 31-də keçiriləcək “Sumqayıt” – “Araz-Naxçıvan” görüşünün hakimləri isə bəlli deyil.

Azərbaycan Premyer Liqası
XXVIII tur
29 mart
16:30. “Qəbələ” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Qəbələ şəhər stadionu

19:00.“Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu

30 mart
16:30.“Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”

19:00.“Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Bank Respublika Arena”.

İdman 2024-03-28 17:11:00