Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək
Bakı, 28 mart, AZƏRTAC
“Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyasının müşaviri Samir Hüseynov deyib. O, bu yarışda titullu idmançıların çıxış etməsinin müsbət hal olduğunu bildirib: “Çox möhtəşəm təşkilatçılıq işləri aparılıb. Yarışlar da maraqlı alınır. Bu cür turnirlər davamlı olacaq”.
Samir Hüseynov Azərbaycan Boks Federasiyasının 100 illiyi münasibəti ilə müxtəlif turnirlərin keçiriləcəyini də söyləyib: “May ayında yeniyetmələr arasında “Heydər Əliyev” beynəlxalq turniri, eləcə də sentyabr ayında ilk dəfə olaraq boks gecələri versiyası üzrə yarışlar baş tutacaq. Bu da ölkəmizdə bu idman növünün inkişafına müsbət mənada təsir göstərəcək”.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir