Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu
Bakı, 28 mart, AZƏRTAC
“Olduqca vacib toplanışı geridə qoyduq. Düşünürəm ki, bu matçlar bizim üçün kifayət qədər faydalı oldu. Çünki komandamızın səviyyəsini gördük”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan qız basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis 10 günlük hazırlıq prosesində səhərlər məşq, axşamlar isə yoxlama oyunları keçirdiklərini bildirib: “Bu müddətdə 15 görüşə çıxdıq, yalnız 1-də məğlub olduq. Həmin oyunda da başabaş mübarizə apardıq. Lakin ən uzunboylu basketbolçumuz barmağından zədəli olduğu üçün matçda iştirak edə bilmədi. Bu da bizə çətinlik yaratdı. İstanbul çempionu "Qalatasaray"a qalib gəldik. Qarşılaşdığımız bütün komandalar İstanbul A Liqası təmsilçiləri idi. Bursa və Sakaryanın çempionları ilə də üz-üzə gəlmişdik. U-14 kollektivi ilə də başqa bir oyun keçirdik. Onların da uğuruna şahidlik etdik. Sevindirici haldır ki, toplanışı peşəkarlıqla başa vurduq. Qızları hazırlaşdırmağa davam edəcəyik”.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir