×
A
A
A
Sazlamalar

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Bakı, 28 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Çağrı mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar 146 – 0 – 9 nömrəsi ilə əlaqə yaratmaqla Şirvan–Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.

Elm və təhsil 2024-03-28 15:22:00