×
A
A
A
Sazlamalar

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Bakı, 28 mart, AZƏRTAC

“Neftçi”nin iki futbolçusu Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qəbələ” ilə səfər matçını buraxacaq.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bərpa prosesini davam etdirən qapıçı Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə keçən Mark Tamaş “qırmızı-qaralar”a qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, martın 29-da Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 16:30-da başlayacaq.

İdman 2024-03-28 14:22:00