×
A
A
A
Sazlamalar

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Bakı, 28 mart, AZƏRTAC

Aprelin 4-də minifutbol üzrə Avropa çempionatının püşkü atılacaq.
AZƏRTAC xəbər verir ki, püşkatmaya 1-ci səbətdən qatılacaq Azərbaycan millisinin potensial rəqibləri bəlli olub.
Yığma qitə çempionatında aşağıdakı komandalardan üçü ilə eyni qrupda mübarizə aparacaq.

1-ci səbət: Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Azərbaycan, Slovakiya.
2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.
3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.
4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-9-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq.

İdman 2024-03-28 13:37:00