×
A
A
A
Sazlamalar

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Bakı, 28 mart, AZƏRTAC

16 və 18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan yığmaları Türkiyənin İstanbul şəhərində keçirilən təlim-məşq toplanışını başa vurublar.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv bu gün Bakıya qayıdacaq.
Hər iki yığma 8 yoxlama oyununun yalnız birində məğlub olub. Yüksək Liqa təmsilçisi "Galatasaray"ın U-16 komandası üzərində önəmli qələbə qazanan milli komanda yalnız "Emlak Konut"la bacarmayıb.
U-16
Azərbaycan - "Qalatasaray" - 65:54
Azərbaycan - "Besaş" - 82:56
Azərbaycan - "Bursa Uludağ" - 69:57
Azərbaycan - "Emlak Konut" - 54:66
U-18
Azərbaycan - "Besaş" - 72:61
Azərbaycan - "Bursa Uludağ" - 84:70
Azərbaycan - "İstanbul Allstar" - 75:74
Qeyd edək ki, qardaş ölkədə 14 yoxlama matçı keçirən kollektivlər yalnız bir dəfə uduzublar.

İdman 2024-03-28 12:43:00