×
A
A
A
Sazlamalar

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Bakı, 28 mart, AZƏRTAC

Dövlət qulluğuna qəbul üzrə fevralın 18-də keçirilmiş test imtahanında (B növü – inzibati icraçı) müvəffəqiyyət qazanan namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində (ilk iş günü istisna olmaqla) əldə edə bilərlər.

Elm və təhsil 2024-03-28 11:57:00