Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər
Bakı, 28 mart, AZƏRTAC
Bədii gimnastika üzrə Azərbaycan millisi Fransanın Tiye şəhərində keçiriləcək 35-ci Beynəlxalq Qran-Pri yarışında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının idman direktoru Natalya Bulanova, bədii gimnastika üzrə yığmanın baş məşqçisi Siyana Vasilevanın rəhbərliyi altında Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri üzrə milli komanda , eləcə də fərdi gimnast İlona Zeynalova medallar uğrunda mübarizə aparacaqlar.
Millinin xoreoqrafı Akif Kərimli, məşqçi Nigar Musazadə, beynəlxalq dərəcəli hakimlər Yevgeniya Vilyayeva və Nigar Abdusalimova da yarışda ölkəmizi təmsil edəcəklər.
Turnir martın 30-da start götürəcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir