×
A
A
A
Sazlamalar

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Bakı, 28 mart, AZƏRTAC

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixinin də ən qanlı faciələrindəndir. Bu faciələri unutmamalıyıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 28-də keçirilən tədbirdə səsləndirib.
Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın tarixində rolundan və misilsiz xidmətlərindən danışan M.Nağıyev vurğulayıb ki, biz artıq necə böyük, həmrəy xalq olduğumuzu yetərincə sübut etmişik.
Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə davam etdirildiyini diqqətə çatdıran YAP Səbail rayon təşkilatının sədri bildirib ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. Qaniçənlərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların, vəhşiliklərin qisası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında alındı. Zəfərimizlə Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin edildi.
“Qarşıda yeni hədəflər dayanır və biz Azərbaycan xalqı olaraq birlik, həmrəylik sayəsində məqsədlərimizə çatacağıq”, - deyə o əlavə edib.

31 mart 2024-03-28 11:43:00