Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub
Bakı, 28 mart, AZƏRTAC
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlərin adlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 17 qapıçının yer aldığı siyahıya ispaniyalı Pepe Reyna başçılıq edir. Hazırda ölkəsinin “Vilyarreal” komandasının formasını geyinən 43 yaşlı qolkiper avrokuboklar və klublararası dünya çempionatında keçirdiyi 79 matçda qol buraxmayıb. Braziliyalı Rojerio Seni (73) ikinci, onun həmyerlisi Dida (72) isə üçüncü pillədə qərarlaşıb.
Beynəlxalq klub turnirlərində ən çox “quru oyun” keçirən qapıçılar:
1. Pepe Reyna (İspaniya) – 79 (2000-)
2. Rojerio Seni (Braziliya) – 73 (1993-2015)
3. Dida (Braziliya) – 72 (1994-2014)
4. Edvin van der Sar (Niderland) – 71 (1992-2011)
5. Canluici Buffon (İtaliya) – 69 (1996-2020)
6. İker Kasilyas (İspaniya) – 65 (1999-2019)
7. Moez Ben Çerifia (Tunis) – 60 (2010-)
8-9. Petr Çex (Çexiya) – 59 (2000-2019)
Manuel Noyer (Almaniya) – 59 (2007-)
10. Viktor Valdes (İspaniya) – 55 (2002-2014)
11. Franko Armani (Argentina) – 54 (2013-)
12-14. Rey Klemens (İngiltərə) – 53 (1969-1985)
Veverton (Braziliya) – 53 (2014-)
Fabio (Braziliya) – 53 (2001-)
15. Santyaqo Kanisares (İspaniya) – 51 (1994-2007)
16-17. Ever Almeyda (Paraqvay) – 50 (1973-1990)
Mariano Anduxar (Argentina) – 50 (2005-)
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir