×
A
A
A
Sazlamalar

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

Bakı, 28 mart, AZƏRTAC

Yerli akkreditasiyası olmayan ali təhsil müəssisələrindən əldə olunan kvalifikasiyaların tanınması həyata keçirilmir.
Bu barədə AZƏRTAC-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib. Bildirilib ki, bu müddəa Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndində yer alır.

Elm və təhsil 2024-03-28 10:42:00