×
A
A
A
Sazlamalar

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Bakı, 28 mart, AZƏRTAC

Martın 30-da məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək.
Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, test imtahanı mərhələsində ümumilikdə 565 namizəd iştirak edəcək.

Elm və təhsil 2024-03-28 10:36:00