×
A
A
A
Sazlamalar

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə Qazaxıstan Respublikası Əl-Farabi adına Qazax Milli Universiteti arasında elmi və elmi-təşkilati fəaliyyətə dair müqavilə imzalanıb.
Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, sənədi Qazax Milli Universitetinin rektoru professor Tyumanbayev Janseyid Kansentulla və Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən dosent Minarə Həsənova imzalayıblar.
Müqavilədə bitkilərin introduksiyası, bioloji biomüxtəlifliyin və dünya florasının mühafizəsi problemlərinin həllinin yeni introduksiya şəraitində öyrənilməsi, bitki introduksiyası sahəsində uzunmüddətli və səmərəli birgə görüşləri nəzərə alaraq əlaqələrin qorunub saxlanması və möhkəmləndirilməsinə dair əməkdaşlıq yer alır.
İmzalanmış sənəd iki ölkənin elmi-tədqiqat institutları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradacaq.
Qeyd edək ki, Qazax Milli Universitetində “Biologiya elmlərinin davamlı inkişafında müasir trendlər” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda Azərbaycanı Dendrologiya İnstitutunun nümayəndələri təmsil edirlər. Dendrologiya İnstitutu Qazax Milli Universitetinin 90 illik yubileyinə həsr olunan konfransın həmtəşkilatçısıdır.

Elm və təhsil 2024-03-28 10:33:00