×
A
A
A
Sazlamalar

Azərbaycan Kuboku: “NTD-İndiqo” “Sabah”a qalib gələrək yarımfinala yüksəlib

Bakı, 27 mart, AZƏRTAC

Basketbol üzrə Azərbaycan Kubokunda sonuncu yarımfinalçılar məlum olub.
AZƏRTAC xəbər verir ki, yarışın B qrupda son oyunlar keçirilib. Günün ilk oyunu iddiası qalmayan "Gəncə" və "Şəki" komandaları arasında baş tutub. "Sərhədçi" İdman Mərkəzində reallaşan görüş birincilərin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci oyununda qrupdan çıxmaq uğrunda mübarizə aparan "Sabah" "NTD-İndiqo" ilə üz-üzə gəlib. Qarşılaşma Xaçmaz təmsilçisinin 89:85 hesablı üstünlüyü ilə başa çatıb.
Bununla da qrupunu lider kimi tamamlayan "NTD-İndiqo" yarımfinala vəsiqə qazanıb.
B qrupundan növbəti mərhələyə vəsiqə qazanan digər komanda isə "Sərhədçi" olub.
Qeyd edək ki, yarımfinalda “NTD-İndiqo" - "Xəzri" və "Neftçi" - "Sərhədçi" komandaları görüşəcək. Oyunlar aprelin 17-də təşkil olunacaq.

İdman 2024-03-27 23:20:00