×
A
A
A
Sazlamalar

AMEA-nın müxbir üzvü beynəlxalq jurnalın redaksiya heyətində təmsil olunur

Bakı, 27 mart, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Ukrainian Journal of Information Systems and Data Science” jurnalının redaksiya heyətinin üzvü seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu jurnal ildə iki dəfə ingilis və Ukrayna dillərində nəşr olunur. Jurnalda alqoritmlər və məlumat strukturları, informasiya resursları, qərar qəbul etmə modelləri, meta-evristik optimallaşdırma, şəbəkə sistemlərinin modelləşdirilməsi və optimallaşdırılması, mürəkkəb sistemlərin təhlükəsizliyi və etibarlılığı, insan-kompüter qarşılıqlı əlaqəsi, əşyaların interneti sistemləri, maşın öyrənməsi, bilik mühəndisliyi, eləcə də təbii dilin emalı texnologiyaları istiqamətlərini əhatə edən məqalələr dərc olunur.

Elm və təhsil 2024-03-27 15:08:00