Azərbaycanın gənclərdən ibarət komandası robototexnika üzrə beynəlxalq yarışda iştirak edib
Bakı, 27 mart, AZƏRTAC
ABŞ-ın San-Dieqo şəhərində “FIRST Robotics Competition” (FRC) keçirilib. NASA, “Google”, “Apple”, “Disney” və digər tanınmış şirkətlərin sponsorluğu və təşkilatçılığı ilə keçirilən FRC dünyanın ən böyük nüfuzlu robototexnika yarışlarından biridir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı bu yarışda ölkəmizin ilk və yeganə FRC komandası olan “Team Mechack 9030” təmsil edib. Komanda ötən il bu yarışda qüvvəsini sınayıb və “Rookie All Star Award Rookie Inspiration” və “Wild Card” kimi mükafatlara layiq görülüb.
Azərbaycan komandası builki yarışda təkmilləşdirilmiş robotlarını təqdim edərək digər 51 robotla yarışıb.
Qeyd edək ki, məktəblilər arasında keçirilən yarışın əsas məqsədi şagirdlərin robotlaşdırma sahəsinə maraqlarını artırmaq, qabiliyyətlərini üzə çıxarmaqdan ibarətdir.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır