×
A
A
A
Sazlamalar

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar

Bakı, 27 mart, AZƏRTAC

Tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan Gürcüstan millisinin futbolçuları təltif olunacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze açıqlama verib. O, yığmanın bütün üzvlərinə “Şərəf” ordeni veriləcəyini bildirib.
Tarixi nəticəyə görə xoşbəxt olduğunu deyən İ. Kobaxidze bunu 30 ildir gözlədiyini söyləyib: “Futbolçular bizə ən böyük xoşbəxtliyi yaşatdılar. Onlar qəhrəmandırlar və qəhrəmanları qiymətləndirmək lazımdır. Buna görə də şərəfli insanlar üçün kiçik bir mükafat təqdim edəcəyik”.
Qeyd edək ki, Gürcüstan millisi əsas və əlavə vaxtı qolsuz bitən matçın penaltilər seriyasında Yunanıstana 4:2 hesabı ilə qalib gələrək turnirin final mərhələsinə vəsiqə qazanıb.

 

 

İdman 2024-03-27 13:02:00