×
A
A
A
Sazlamalar

Azərbaycanın futbol üzrə U-21 millisi seçmə mərhələdə növbəti oyununu keçirib

Bakı, 26 mart, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi martın 26-da Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Samir Əliyevin başçılıq etdiyi komanda doğma meydanda Ukrayna ilə görüşüb. “Azərsun Arena”da keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0.
Qeyd edək ki, Azərbaycan milisi 6 oyundan sonra 3 xalla qrupda sonuncu - altıncı pillədə qərarlaşıb. Ukrayna yığması isə 18 xalla turnir cədvəlinə başçılıq edir.

İdman 2024-03-26 18:36:00