×
A
A
A
Sazlamalar

Bolqarıstan millisinin üzvü: Bizim qələbə qazanmağımız daha ədalətli nəticə olardı

Bakı, 26 mart, AZƏRTAC

“Bizim qələbə qazanmağımız daha ədalətli nəticə olardı”.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Bolqarıstan millinin müdafiəçisi Valentin Antov “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
24 yaşlı futbolçu qələbəni əldən verdikləri üçün məyus olduğunu bildirib: “Azərbaycan millisi çox yaxşı komandadır. Onların heyətində perspektivi yüksək olan oyunçular var. Demək olar ki, 90 dəqiqə başabaş mübarizə şəraitində keçdi. Rəqibin yaxşı şansları oldu. Təəssüf ki, qələbə qazana bilmədik. Hesabı biz açdıq. İkinci qolu vurmaq üçün yaxşı şanlarımız oldu. Düşünürəm ki, növbəti qol bizim meydandan qələbə ilə ayrılmağımıza kömək olacaqdı. Təəssüf ki, bunu bacarmadıq. Oyunun sonlarında Azərbaycan millisi bərabərlik qoluna imza atdı. Ümid edirəm ki, növbəti qarşılaşmalarda qələbələr əldə edərək azarkeşlərimizi sevindirəcəyik.
Bu cür oyunlar bizim təcrübə qazanmağımıza müsbət təsir göstərəcək”.

İdman 2024-03-26 10:33:00