×
A
A
A
Sazlamalar

Arif Əsədov: Yığmamız Bolqarıstana qarşı əzmkar mübarizə apardı

Bakı, 25 mart, AZƏRTAC

Komandamız oyuna istəkli çıxmışdı. Bunun nəticəsidir ki, əzmkar mübarizə göstərdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Arif Əsədov Bolqarıstan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
A.Əsədov oyundan öncə rəqibi yaxşı analiz etdiklərini diqqətə çatdırıb: "Bolqarıstan güclü komandadır. Onlar yaxşı müdafiə olunurdular. Amma futbolçularımız onlara verilən tapşırıqların öhdəsindən yaxşı gəldilər".
Mütəxəssis bildirib ki, milli komanda istədiyinin 80 faizini reallaşdıra bildi: "Ani bir anda qol buraxdıq. Bəzi qol epizodlarından istifadə edə bilmədik. Lakin nəticə ürəkaçan oldu. Heyətə yeni oyunçular cəlb etdik. Bu da müsbət nəticə verdi. Onlar özlərini meydanda yaxşı göstərdilər. Təəssüf ki, Vüsal İsgəndərli zədə səbəbindən oyunda iştirak edə bilmədi. Bəzi futbolçularımız da zədədən əziyyət çəkirdilər Buna baxmayaraq, qələbəyə yaxın idik. Musa Qurbanlının vurduğu qol matçın taleyini həll etdi".

İdman 2024-03-25 22:53:00