×
A
A
A
Sazlamalar

Bolqarıstan millisinin baş məşqçisi: Azərbaycan yığması ilə matçın nəticəsi ədalətli oldu

Bakı, 25 mart, AZƏRTAC

Bu gün gördük ki, Azərbaycan yaxşı komandadır. Kifayət qədər keyfiyyətli oyunçuları var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, Azərbaycan yığmasının qalib gəlmək üçün daha çox şansı var idi: “Həmçinin biz də əlimizə düşən qol fürsətindən istifadə etdik. Hesab 1:0 olanda qələbəyə yaxın idik. Lakin sonradan rəqib komanda hesabı bərabərləşdirməyi bacardı. Fikrimcə, ədalətli nəticə oldu”.

İdman 2024-03-25 22:31:00