“France 3” televiziyasında Novruz bayramına dair reportaj yayımlanıb VİDEO
Luara, 25 mart, AZƏRTAC,
“France 3” televiziya kanalında Azərbaycanın Novruz bayramına dair reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda Fransanın Luara departamentində Novruz bayramının qeyd edilməsindən bəhs olunub. Novruz bayramı və onun qeyd edildiyi ölkələr haqqında məlumat verilib. Sonra Azərbaycanda baharın gəlişinin bayram edilməsindən, Novruz təamlarından söhbət açılıb. Novruz bayramını bir çox ölkələrin ilk dəfə birgə qeyd etməsindən danışılıb.
Azərbaycanlı gənc skripkaçı Rasim Məmmədov milli musiqimizi ifa edib və “France 3” televiziyasına musiqimiz haqqında məlumat verib. Həmçinin milli rəqslərimiz nümayiş olunub.
Luara departamentinin yerli ictimaiyyəti bayram şənliyini maraqla izləyib.
Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək
Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib
Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb
Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib