Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da mədəniyyət naziri Adil Kərimli Quba şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan sonra nazir Quba rayonunun bir sıra kəndlərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinə baş çəkib.
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin Qəçrəş kənd Diyarşünaslıq klubu, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qəçrəş kənd kitabxana filialı, Qımılqazma kənd klubu və kənd kitabxana filialının fəaliyyəti ilə tanışlıq olub.
Müəssisələrin mövcud vəziyyəti və funksionallığı yerində yoxlanılıb, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib
Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür
Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib
İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı