İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Azərbaycan İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr edilmiş konsert proqramı olub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” günündə Uşaq İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən İnklüziv Art Studionun uşaqları fərqli ifalarla çıxış edib, onların çəkdiyi rəsm əsərləri sərgilənib.
Ziyarətçilərə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəni əks etdirən tarixi eksponatlar haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, bu il Beynəlxalq Muzeylər Gününün mövzusu “Muzeylər, təhsil və tədqiqat”dır. O, hərtərəfli təhsil təcrübəsinin təmin edilməsində mədəniyyət müəssisələrinin mühüm rolunu vurğulayır və daha şüurlu, dayanıqlı və inklüziv bir dünyanın yaradılmasına təkan verir.
“Səma xanımı” filmi təqdim olunub
Yaradıcı Mərkəzdə “AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub
Zəlimxan Yaqub haqqında yeni kitab nəşr olunub
“Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş olub
“Solo gənclik” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub