×
A
A
A
Sazlamalar

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Bakı, 7 may, AZƏRTAC

Mayın 10-da Bakıdakı Rus evində (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi – RİMM) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş konsert keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Rus Gəncləri Assosiasiyası və Bakıdakı Rus evi tərəfindən təşkil olunacaq. Gənc fəal, “Yeni Azərbaycan” Partiyasının Gənclər İdarə Heyətinin Direktorlar Şurasının üzvü Niyaz Əliyev konsertin birgə təşkilatçısıdır.
Tədbirin qonaqlarını poeziya klubu, “SanSara” Beynəlxalq gimnastika, akrobatika və rəqs akademiyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunlarının iştirakı ilə zəngin konsert proqramı gözləyir.

Mədəniyyət 2024-05-07 00:47:00