×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb

Bakı, 25 mart, AZƏRTAC

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Ayan Sadıqova Qazaxıstanın Astana şəhərində keçirilən “Alem Cup” beynəlxalq turnirində bürünc medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-bildirilib ki, o, lentlə hərəkətlərin icrasında buna nail olub.
Qeyd edək ki, yarışda ölkəmizi beynəlxalq dərəcəli hakim Aliyə Paşayeva təmsil edib.

İdman 2024-03-25 13:56:00