×
A
A
A
Sazlamalar

Selcan Mahsudova Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Bakı, 25 mart, AZƏRTAC

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.
Bununla da gimnastika millimizin Fransanın paytaxtına qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib.
Xatırladaq ki, bədii gimnastımız Zöhrə Ağamirova da ötən il "Paris-2024"ə lisenziya əldə etmişdi.

İdman 2024-03-25 13:36:00