×
A
A
A
Sazlamalar

Azərbaycanın cüdo millisi beynəlxalq turniri 3 medalla başa vurub

Bakı, 25 mart, AZƏRTAC

Azərbaycanın cüdo millisi Almaniyada yeniyetmə və gənc qızlar arasında keçirilən beynəlxalq Türingiya Kubokunu 3 medalla başa vurub.
AZƏRTAC xəbər verir ki, Xədicə Abdullayeva (40 kiloqram) və Vüsalə Hacıyeva (52 kiloqram) qızıl, Leyla Ələkbərova( 44 kiloqram) isə gümüş mükafata sahib çıxıb.
Qeyd edək ki, 15 cüdoçu ilə təmsil olunan Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.

İdman 2024-03-25 13:32:00