×
A
A
A
Sazlamalar

Tərtərdə növbəti ağacəkmə aksiyası keçirilib

Tərtər, 25 mart, AZƏRTAC

Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və Mənzil Kommunal Təsərrüfat İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı Şıxarx qəsəbəsi ərazisində Tərtər-Ağdərə avtomobil yolunun kənarında 200 Eldar şamı əkilib. Ərazidə təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

Regionlar 2024-03-25 13:12:00